Amerika prezidenti Donald Trampın həkimi ölkə başçısının səhhəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, onun sinəsində ağrıların olması ilə bağlı məlumatlar yayılsa da, bu, həqiqəti əks etdirmir:
Prezidentin həkimi Sin Konley qeyd edib ki, ölkə başçısı şənbə günü Vaşinqton yaxınlığındakı “Walter Reed” Hərbi Xəstəxanasında tibb ictimaiyyəti ilə görüşüb.
O tibbi personalla “imtahanlar, analizlər və başqa mövzuların müzakirəsi üçün bir saatdan çox vaxt keçirib.
Bütün spekülativ xəbərlərə baxmayaraq deyim ki, prezident sinəsində heç bir ağrı hiss etmir.
O ürəyin elektrokardioqamması və nevroloji yoxlamadan keçməyib”.