Tiflisdə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.
Polis aksiyaçıların bu cəhdinin qarşısını alıb, tərəflər arasında qarşıdurma baş verib.
Aksiyaçılar prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər.