İraq Suriya ilə sərhədi gücləndirdi


İraq terrorçuların ölkə ərazisinə soxulmasının qarşısını almaq məqsədilə bütün Suriya sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirib.
"Sherg.az" virtualaz.org-a istinadən bildirir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb.

"İraq Sərhəd Mühafizə Komandanlığı terrorçuların girişinin qarşısını almaq üçün Suriya ilə sərhəd zolağı boyunca müdafiə istehkamları qurmağa başlayıb", - məlumatda bildirilib.

Qeyd edək ki, NBC telekanalı Suriyanı tərk edən İŞİD terrorçularının İraqın şimalındakı nəzarətsiz dağ rayonlarına yerləşmələri barədə məlumat yaymışdı.