Gürcü Arzusu Partiyası 2020-ci il parlament seçki sistemini dəyişməyəcək, amma güzəşt olaraq bəzi majoritar dairələrdə öz namizədlərini irəli sürməyəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcü Arzusu Partiyasının Baş katibi Kaxa Kaladze deyib. O, Gürcü Arzusu Partiyasının Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının namizədlərinin olmadığı dairələrdə namizədlərini irəli sürməyəcəyini bildirib.
Kaladze Gürcü Arzusunun bu təşəbbüsünün parlamentdə plüralizmə şərait yaradacağını söyləyib:
“Biz real olaraq parlamentdəki siyasi müxtəlifliyin qayğısına qalacağıq. Nəticədə parlamentə zəif təşkilatların yolunu açacağıq”.
Qeyd edək ki, Gürcü Arzusu Partiyası proporsional seçki sisteminə keçidlə bağlı vədini yerinə yetirmədiyi üçün Gürcüstanda müxalifət aksiyalara başlayıb.