İsveç Xarici İşlər Nazirliyi rəsmi şəkildə Belarusun adını dəyişdirərək, əvvəlki kimi “Ağ Rusiya” adlandırmağa başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı öz Tvitter səhifəsində İsveçin Xarici İşlər naziri Ann Linde paylaşıb.
“Biz bunu edirik ki, Belarus xalqının, vətəndaş cəmiyyətinin və diasporunun milli identikliyi və ölkənin suverenliyini qeyd etmək arzusunu təsdiqləyək”, – deyə o bildirib.
Belarusun İsveçdəki səfiri Dmitri Mironçik artıq İsveç Xarici İşlər Nazirliyinin atdığı addım üçün rəsmi Stokholma təşəkkür edib.