Gürcüstanın müxalif və bitərəf deputatları parlamentin noyabrın 26-29-da keçiriləcək plenar iclaslarını boykot ediblər.
“Report” xəbər verir ki, bunu parlamentin sədri Arçil Talakvadze deyib.
Spikerin sözlərinə görə, həmin deputatlar iclaslarda iştirak etməyəckləri barədə parlamenti məlumatlandırıblar.
Parlamentin toplantılarını boykot edənlər Avropalı Gürcüstan, Vahid Milli Hərəkat, Vətənpərvələr Alyansı partiyalarının deputatları, həmçinin bitərəf deputatlar - Eka Beselia və Nato Çxeidzedir.