Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransının keçiriləcəyi məkan açıqlanıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşün Beynəlxalq Ticarət Mərkəzində (BTM) baş tutacağını bildirib. Mətbuat konfransı dekabrın 19-da olacaq. Bu, 2001-ci ildən Putinin sayca 15-ci konfransıdır.
Qeyd edək ki, daha əvvəl jurnalistlərlə görüş üçün Kremlin 14-cü korpusunda Dəyirmi zal nəzərdə tutulmuşdu.