Misirin cənubundakı Asuan şəhərində qızlar məktəbində kütləvi zəhərlənmə baş verib.
Yaxınlıqdakı kimya müəssisəsindən azotun sızması nəticəsində 84 şagird və müəllim zəhərlənib.
Qeyd olunur ki, zəhərlənənlərin böyük əksəriyyəti şagirdlərdir. Xəsarət alanlar xəstənaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilməyib.