Albaniya paytaxtı Tirana şəhəri yaxınlığında güclü zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Geologiya Xidməti yayıb. Məlumata görə, 6,4 bal gücündə olan zəlzələnin episentri Tirananın yaxınlığında yerləşən Şidjak şəhəri olub.
Nəticədə bir neçə yaşayış binası dağılıb. Yüzlərlə yaralının olduğu bildirilir.