Gürcüstanın xüsusi təyinatlı qüvvələri Tiflisdə parlament binası önündəki etiraz aksiyasını dağıdıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rustavi-2 televiziyası yayıb.
Xüsusi təyinatlılar əvvəlcə etirazçılara çadırlarını parlamentin girişindən yığışdırmaq xəbərdarlığı ediblər. Etirazçıların bu xəbərdarlığa məhəl qoymamasından sonra onlar aksiyanı dağıtmağa başlayıblar.
Nəticədə 2 nəfər xəsarət alıb, 18 nəfər həbs edilib.