ABŞ Türkiyəyə vermədiyi F-35-ləri bu ölkəyə satır

Bolqarıstan ABŞ-dan F-35 təyyarələri alacaq.

Axar.az xəbər verir ki, bunu Ağ Evdə Bolqarıstan Baş naziri Boyko Borisovla görüşü zamanı ABŞ Prezidenti Donald Tramp deyib.

“Bolqarıstan bizdən F-35-lər və başqa şeylər sifariş edib. ABŞ-dan bir çox hərbi sursat satın aldılar”, – deyə o bildirib.

Borisov isə Trampın onu qəbul etməsinə görə təşəkkür edib və iki ölkə arasındakı viza məsələsini həll edəcəklərinə ümid etdiyini söyləyib.