Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu özlərinin nəzarətində olan bölgəyə Türkiyəyə məxsus pilotsuz uçan aparatın girdiyini zənn edərək, ABŞ PUA-sını vurublar.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Liviya Milli Ordusu yayıb.
ABŞ ordusunun “PUA ilə əlaqəmizi itirmişik” bəyanatından dərhal sonra açıqlama verən Milli Ordu nümayəndəsi ABŞ-dan üzr istəyib:
“Türkiyə PUA-sı zənn edib, ABŞ PUA-sını vurduq. ABŞ-dan üzr istəyirik. Gələcəkdə bənzər hadisələrin yaşanmaması üçün Tripoli və ətrafında gerçəkləşdiriləcək əməliyyatlarda ABŞ-la əlaqədə olacağıq”.