Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir


Bu gün Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, prezident postu uğrunda hazırkı dövlət başçısı Kolinda Qrabar-Kitaroviç və müxalif Sosial-Demokrat Partiyasının lideri Zoran Milanoviç mübarizə aparır.

Seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb.

Qeyd edək ki, 22 dekabr 2019-cu ildə keçirilən prezident seçkilərinin birinci turunda Z. Milanoviç seçicilərin 29,55 faizinin, K. Qrabar-Kitaroviç isə seçicilərin 26,65 faizinin səsini alıb. Son sosioloji sorğulara əsasən, Z. Milanoviç  ikinci turda 45 faiz, K. Qrabar-Kitaroviç 42 faiz səs alacaq.