Özbəkistanda 25 dairədə  təkrar seçkilər keçirilir


Bu gün  Özbəkistan parlamenti Ali Məclisinə təkrar seçkilər keçirilir.

 Ötən il dekabrın 22-də keçirilən seçkilərdə 125 deputat mandat əldə edib. Lakin 25 dairədə namizədlərin heç biri lazım olan miqdarda səs toplaya bilməyib.

Bu gün ölkə üzrə həmin 25 dairədə seçki məntəqələri səhər saat 8:00-də yenidən açılıb. Səsvermə saat 20:00-da başa çatacaq. Seçkilərin ikinci turunda hər dairədən iki namizəd mübarizə aparır və ən çox səs toplayan qalib elan olunacaq.

Xatırladaq ki, Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiyanın hər biri seçkilərə qatılıb.