ABŞ rusların taktikasını ukraynalılardan öyrənir



ABŞ ordusu Ukrayna silahlı qüvvələrilə sıx əməkdaşlıq edir və onların təcrübəsindən istifadə edir.

Axar. az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.

O, amerikalı hərbçilərin ukraynalı əsgər və zabitlərdən rus taktikası, rus texnikası, rusların öz texnikalarını əraziyə çatdırma üsulu haqda məlumat aldıqlarını, rusların necə müharibə apardıqlarını anlamağın onlar üçün vacib olduğunu qeyd edib.

Diplomatın sözlərinə görə, amerikalı hərbçilər ukraynalıların sayəsində dron və artilleriyaya qarşı necə mübarizə aparmaq lazım olduğunu, informasiya müharibəsinin necə aparıldığını mənimsəyiblər.