İran Silahlı Qüvvələrinin komandanı Əbdülrəhim Musəvi ABŞ Prezdenti Donald Trampın Tehranı hədələməsinə cavab verib.
APA-nın IRIB-ə istinadən verdiyi məlumata görə, Ə. Musəvi ABŞ-ın İranda 52 obyektə zərbə endirməyə xəsarət etməyəcəyini vurğulayıb.
Ə. Musəvi bildirib ki, gələcəkdə mümkün münaqişənin gedişində ABŞ-ın belə bir addım atmağa cəsarət edəcəyinə şübhə ilə yanaşır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranı 52 obyektə zərbə endirilə biləcəyi ilə hədələyib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb. İran Ali dini lideri və İran Prezidenti Q. Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan edib.