Pakistanın Bəlucistan vilayətindəki Kvetta şəhərində yerləşən məsciddə güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə zamanı aralarında 1 polis əməkdaşı və məscid axundu da olmaqla azı 14 nəfər həyatını itirib. 12-dən çox yaralı var. Dərhal əraziyə çox sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb edilib. Partlayışın terror aktı olduğu güman edilir.
Qeyd edək ki, 3 gün əvvəl Kvetta şəhərində törədilən terror aktı nəticəsində 3 nəfər həlak olub.