Almaniya kansleri Angela Merkel Rusiyaya səfər edib.
Axar.az xəbər verir ki, Merkel səfər çərçivəsində Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Tərəflərin aktual beynəlxalq məsələləri, o cümlədən Suriya və Liviyadakı vəziyyəti, Yaxın Şərqdə gərginliyi müzakirə etdiyi bildirilir.