İran hətta səhvən edibsə belə, gərək Ukraynanın sərnişin təyyarəsini vurduğuna görə məsuliyyət daşısın.
Axar.az xəbər verir ki, bunu İsveç Baş naziri Stefan Lyoven deyib.
“Təyyarənin vurulması dəhşətli və qəbuledilməzdir. Mülki təyyarənin vurulması qınanma yaratmalıdır. İran gərək tam məsuliyyət daşısın”, - deyə o bildirib.