Türkiyəli professor Canan Karatayın peyvəndlə bağlı açıqlamaları ciddi müzakirələrə yol açıb.
Milli.Az xəbər verir ki, məşhur kardioloq qonaq olduğu verilişdə bəzi ölkələrdə dini baxımdan heç bir peyvəndin vurulmadığını söyləyib. O, iddia edib ki, İsrail bu ölkələrdən biridir.
Sosial şəbəkələrdə geniş müzakirələrə yol açan iddiaların həqiqət olub-olmaması hər kəs üçün maraqlıdır. Lakin Canan Karatayın irəli sürdüyü fikirlərdə yanlışlıq olduğu üzə çıxıb. Məsələ ondadır ki, bütün dünyada olduğu kimi, İsraildə də peyvənd əleyhinə qruplar var. Bunlardan ən əhəmiyyətlisi Ultra-ortodoks yəhudilərdir (Haredilər).
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, İsrail qızılca xəstəliyinə qarşı peyvənd dərəcələri siyahısında Macarıstan, Lüksemburq və Portuqaliyadan sonra 4-cü yerdədir. Peyvənd dərəcəsi də demək olar ki, 100 faizdir.
İsrail Səhiyyə Nazirliyinin rəsmi veb səhifəsində də vaksinlərin yoluxucu xəstəliklərin qarşısının alınmasında və bu xəstəliklərlə əlaqəli ölüm göstəricilərinə nəzarətin çox ciddi olduğu bildirilir. 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatı İsraildə bir çox xəstəliklərə qarşı peyvəndlərin 90 faizdən çox olduğunu açıqlayıb.
Burada peyvəndlər bir çox ölkələrdə olduğu kimi, dövlət tərəfindən pulsuz tətbiq olunur. Onların adları və tərkibi haqqında məlumatlar da veb saytda mövcuddur. Bu peyvəndlər ailə sağlamlıq mərkəzlərində müxtəlif vaxtlarda tətbiq olunur. İsrail vətəndaşlarına qrip və sətəlcəmə qarşı vaksinlərin vurulduğu bildirilir.
Peyvəndlər silah güclü və ya zəhər effektli ola bilərmi?