Son bir il ərzində İŞİD terror təşkilatı İraqın qərbində yenidən oyanaraq, güclənib.
Axar.az xəbər verir ki, bunu İordaniya Kralı II Abdullah deyib.
“Son bir ərzində biz İŞİD-in təkcə Suriyanın cənub-şərqində yox, həmçinin İraqın qərbində oyandığını və gücləndiyini müşahidə edirik”, – deyə o bildirib.
İordaniya kralı beynəlxalq güclərin İraqda mövcudluğunu saxlamalı olduğunu da deyib.