Ruhani “Boeing”i vuranları cəzalandırmaq istəyir- Xüsusi məhkəmə... 

İran prezidenti Həsən Ruhani, çərşənbə axşamı (14 yanvar), ölkəsinin yanvarın 8-də Tehran yaxınlığında İran raketi tərəfindən səhvən vurulan və 176 sərnişinin ölümünə səbəb olan təyyarə qəzasında günahkar olanların hamısının cəzalandırmalı  olduğunu söyləyib.
“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, H.Ruhanini bu barədə televiziyada çıxış edib. İran prezidenti deyib: 
"Bu qəzada hər hansı bir səviyyədə günahkar və ya laqeyd olan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsi çox vacibdir. Cəzalanmalı olanların hamısı cəzalandırılacaq. Məhkəmə sistemi yüksək rütbəli hakimlər və onlarla mütəxəssislərdən ibarət xüsusi bir məhkəmə formalaşdırmalıdır”. 

Qeyd edək ki, yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub