BMT tərəfindən tanınan Liviya hökuməti (GNA) ilə mübarizə aparan xəlifə Haftar rəqibi Fayez əl-Sarracın başlatdığı barışığa imza atmadan Moskvanı tərk edib.
“Sherg.az” “Lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə AFP-yə Ruysiya XİN nümayəndəsi Mariya Zaxarova məlumat verib. O qeyd edib ki, marşal Haftar bazar ertəsi axşamı Liviya Baş nazirinin qəbul etdiyi rəsmi atəşkəs sazişini imzalamadan əvvəl çərşənbə axşamı səhərədək vaxt istədi: “O, bu barədə düşünməli olduğunu söyləyib”.
Marşal Haftarın müqavilə imzalamadan Moskvadan getməsi, yanvar ayında Berlində BMT-nin himayəsi altında Liviya mövzusunda keçirilcək beynəlxalq konfransın mahiyyətini və faydasını şübhə altına alır.
Qeyd edək ki, doqquz aydır, Liviyanın şərqini ələ keçirən marşah Haftar paytaxtı Tripolini də hərbi yolla ələ keçirməyə çalışır və bu məqsədlə Tripolinin qapılarında qanlı toqquşmalar davam edir.