Piylənmədən əziyyət çəkən İŞİD müftisi Şifa əl-Nima İraqın Mosul şəhərində həbs edilib.
Sherg.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, onun daşınması üçün yük avtomobili tələb olunub.
Piylənmiş islamçının yük maşınına yerləşdirilməsi zamanı çəkilən fotosu yayımlanıb. İŞİD tərəfdarı polis maşınına yerləşməyib.
Bildirilir ki, o, İŞİD-in son dövrlərdə həbs olunan ən böyük liderlərindən biridir. Əl-Nima terrorçuların dini lideri olub. Onun fətvaları ilə alim və din xadimləri edam olunub, eləcə də məsciddə terror aktı tödərilib və mədəniyyət irsinin bir sıra abidələri dağıdılıb.