Hər hansı bir kütləvi qırğınla nəticələnən katastrof baş verməsə, 2050-ci ilə qədər dünya əhalisinin sayı, 9,7 milyarda çatacaq.
“Sherg.az” “sciencesetavenir.fr”ə(elm və gələcək)istinadən xəbər verir ki,bu barədə Birləşmiş Millətlər Təşkilatının Demoqrafik Araşdırmalar Milli İnstitutunun hesbalamlarında qeyd olunur.
Hesabatda göstərilir ki, çoxsaylıə insan tələfatına səbəb olan faciə yaşanmasa, 2050-ci ilə qədər dünyada insanların sayı 9 milyardı keçəcək. Yəni, həmin müddətə qədər əhalinin sayı indikindən 2 milyard çox olacaq. 2050-ci ilə qədər 2 milyard, 2100 ildə isə 3 milyard artım olacaq.
İnstitutun eksperti Anri Leridon bəyan edir ki, 2020-ci ildən 2050-ci ilə qədər əhalinin sayı 2 milyard artacaq. Hazırda isə dünyada 7, 7 milyard adam yaşayır. Bu rəqəm 2059-ci ildə 9,7 milyard olacaq. 2100-cü ildə isə bu rəqəm 3 milyard arta bilər.
İnstitutun 2020-dən 2050- ilə qədər (30 ilə) 2milyard, 2050-dən 2100-ə qədər (50 ilə)isə 3 milyard artımın olmasını təhlükəli məqam adlandırıb. Onlar qeyd ediblər ki, zaman ötükcə hər qadın sayına doğulan uşaqların sayı kəskin azalır. Bu da cənubi Afrikada məhsuldarlığın aşağı düşməsi ilə bağlıdır.