Koronavirusa qarşı inanılmaz layihə:10 günə min nəfərlik xəstəxana... - FOTOLAR

Çin yeni koronavirusdan əziyyət çəkən xəstələri yerləşdirmək üçün böyük bir xəstəxananın inşasına start verib. Çünki ölkənin mərkəzindəki Vuhan bölgəsində yayılan virus ciddi narahatlığa səbəb olub. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, Çin 2020-ci ilin 24 yanvarında yeni koronavirusun qurbanı olan min xəstəni bir gün ərzində qəbul etmək üçün nəzərdə tutulmuş xəstəxananın inşasına başlayıb. Televiziyada yayımlanan görüntülərə görə, onlarla tikinti maşını bu işə cəlb olunub.

Bu xəstəxana epidemiyanın mərkəzi sayılan və 11 milyon əhalisi olan Vuhan şəhərində qurulacaq. “Chine nouvelle”agentliyinin verdiyi məlumata görə, işlər rekord müddətdə başa çatdırılmalıdır.
25 min kvadratmetrlik sahəsi olan xəstəxana fevralın 3-də işə başlayacaq. Dekabrın ayından bəri 106 nəfərin ölümünə səbəb olan virusa 4 min 500 nəfər yoluxub. 


Qeyd edək ki, Çin artıq 2003-cü ildə SARS epidemiyası zamanı rekord müddətdə - bir həftə ərzində Pekində bir xəstəxana inşa edib.