...."Dözün, səbr edin, dayanın" deyə bir-birinə fəryad edərək dəstək verib
Çinin Vuhan (Wuhan) şəhərində koronavirusa yoluxmamaq üçün xalq evlərdən küçəyə çıxmır.
“Sherg.az” xəbər verir ki, bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu Feysbuk porifilindəki paylaşımında yazıb.
O qandonduran bir video paylaşaraq qeyd edib ki, 12 milyonluq şəhər əhalisi dünən gecə pəncərələrdən "Dözün, səbr edin, dayanın" deyə bir-birinə fəryad edərək dəstək verib.
Qeyd edək ki, şəhəri 5 milyon insan tərk edib, vəziyyət qorxu və dəhşət filmlərini xatırladır. İlk peyvəndin isə ancaq aprelə hazır olacağı deyilir, özü də hələ test üçün. Bu qədər insan aprelə qədər nə edəcək, nə qədər dayana biləcək? Bəşəriyyət görülməmiş bir fəlakətlə üz-üzədir.