Romada 7 min nəfər koronavirusa görə, kruiz gəmisində qalıb.
“Sherg.az” “lepoint.fr/sante”ə istinadən xəbər verir ki, Avropada bir neçə dəfə dayanan gəminin göyərtəsində iki şəxsdə şübhəli hal müəyyən edilib. Onlar Honqkonqdan gələn çinli cütlükdür.
Xəbərə görə, həmin 7 minin 6 mini sərnişindir. Gəmi Roma yaxınlığındakı Sivitaveşiya limanında dayanıb. Sivitaveşiyanın tibb mərkəzinin sözçüsü “Agence France-Presse”ə bunları bildirib:
“Səhər tezdən Səhiyyə Nazirliyi tərəfindən məlumat verildi və nümunə götürmək üçün gəmiyə üç həkim göndərdik".
Məlumatda o da diqqətə çatdırılır ki, gəmidəki 7 min nəfərin 6 mini sərnişin, min nəfəri isə ekipajdır. Gəminin göyərtəsində çinli qadın öskürüb və qızdırması olduğunu bildirib. Həkimin verdiyi məlumata görə, həmin cütlük digər sərnişinlərdən təcrid olunmuş vəziyyətdə saxlanılır.
Xəbərdə o da bildirilir ki, cütlük yanvarın 25-də Milana Honkonqdan gəlib. Milandan sonra İtaliya şəhəri olan Savona gəlib, oradan Barselonaya( İspaniya ), Barselonadan isə Marselə (Fransa) gedəcəkmiş.