Rusiya Dumasında Böyük Vətən Müharibəsinin iştirakçılarına telefon hədiyyə edilməsi təklif olunub.
Ted.az bildirir ki, bu haqda Rusiya Dumasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda Rusiya hakimiyyəti və Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin nümayəndələri bu layihənin üzərində işləyirlər.
Qeyd olunur ki, veteranlara hədiyyə olunacaq telefonlarda "Həyəcan düyməsi" olacaq. Bunun vasitəsilə müharibə iştirakçıları fövqəladə vəziyyətdə növbətçi və könüllülərlə əlaqə yarada biləcəklər.
Qeyd edək ki, Böyük Vətən Müharibəsinin Azərbaycandan olan müharibə iştirakçısılərının ən az yaşlısının 93 yaşı var.