“İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı olmuş Qasım Süleymani Bəşər Əsədin istefa verməsinə və Suriyanı tərk etməsinə əngəl olub”.
Bu sözləri “Fars” agentliyinə müsahibəsi zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Dini Abidələrin Bərpası İdarəsinin keçmiş rəhbəri, general Həsən Plarek deyib.
“Bəşər Əsəd demək olar ki, istefa verməyə və ölkəni tərk etməyə hazır idi. Lakin Süleymani ona dedi: “Qələbəyə gedən yol – mübarizədir. Yaradanın iradəsi ilə qələbə qazanacağıq”, - deyə Plarek bildirib.