ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı ölkədə vəziyyətin yaxşılaşdığını və virusa yoluxanların sağaldığını deyib.
“RİA Novosti”nin yaydığı məlumatda bildirilir ki, Tramp ölkədə xəstəliklə bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayıb.
“Biz bir neçə amerikalını gəmidən gətirdik. Onlar karantində saxlanılır. Düşünürük ki, tezliklə onların vəziyyəti yaxşılaşacaq”, - deyə Tramp bildirib.
Ölkə başçısı qeyd edib ki, ABŞ koronavirusla mübarizə aparmaq üçün 2,5 milyard dollar ayırıb.
Qeyd edək ki, ölkəyə gələn 14 ABŞ vətəndaşında koronavirus aşkar edilib. Eyni zamanda, “Diamond Princess” kruiz gəmisindən 36, Uhandan isə üç ABŞ vətəndaşı təxliyyə edilərək karantinə alınıb.