Xorvatiyada koronavirus xəstəliyinə ilk yoluxma hadisəsi baş verib. Bu barədə ölkənin Baş Naziri Andrey Plenkoviç xəbər verib. O bildirib ki, virusa yoluxmanın birinci hadisəsi Doktor Fran Mixayleviç xəstəxanasında baş verib.
Xorvatiya Xarici İşlər Nazirliyi vətəndaşlarına İtaliyanın Lombardiya və Veneto bölgələrinə səfər etməkdən yayınmasını məsləhət görüb. Bu regionları ziyarət edib Xorvatiyaya qayıdanlar isə tibbi müayinədən keçirilir. Xorvatiyanın Təhsil Nazirliyi İtaliyanın bölgələrinə ekskursiyaların təşkilini bir ay müddətinə qadağan edib.