İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri koronavirusa yoluxub.
“FarsNews”un məlumatına görə, bu barədə parlamentin milli təhlükəsizlik komissiyasının rəhbəri Höccətislam Müctəba Zunnur özü videomüraciət edib.
Son məlumatlara görə, İranda koronavirusdan ölənlərin sayı 22-yə yüksəlib, 141 nəfərdə isə yoluxma halı qeydə alınıb.
Bundan başqa, ötən gün 54 iranlı sağalıb və müalicə aldıqları xəstəxanalardan buraxılıb.