Çeçenistandan olan məşhur bloqer Tumso Əbdürəhmanov mühacirətdə yaşadığı Polşada hücuma məruz qalıb.
Oxu.Az xəbər verir ki, hücum barədə məlumatı T.Əbdürəhmanov sosial şəbəkələrdə yayıb.
İnsan hüquqları təşkilatı “Vayfond” bloqerin hazırda xəstəxanada olduğunu yazır.
Qeyd olunur ki, hücumu həyata keçirən şəxs T.Əbdürəhmanovun yaşadığı evə daxil olaraq, onu çəkiclə vurmaq istəyib. Lakin bloqer hücumu dəf edib və cinayəti həyata keçirmək istəyən şəxsi polisə təhvil verib.