Moldovada koronavirus qurbanlarının sayı 17 nəfər olub


Moldovada daha iki nəfər koronavirusdan ölüb.

APA-nın məlumatına görə, respublikanın Səhiyyə naziri Viorika Dumbrevyanu bildirib ki, ölənlər 81 yaşlı qadın və 78 yaşlı kişidir. Onların müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi də bildirilir.  

Bundan əvvəl Moldovada koronavirusa yoluxanların sayının 864 nəfər olduğu, 15 nəfərin öldüyü açıqlanmışdı.

Moldova parlamenti martın 17-dən ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət rejiminin tətbiq olunması barədə qərar qəbul edib.   

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bu günə olan məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 1.13 milyona, ölənlərin sayı 63 minə çatıb.