Azərbaycanda indiyədək 47 mindən çox insan COVID-19 testindən keçib


Bu gün Azərbaycanda 2349 nəfər koronavirus testindən keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 47 102 nəfərdir. Reanimasiyada olan xəstə sayı 4, intubasiya olunmuş xəstələrin sayı 2-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 641, virusdan ölənlər 7, sağalan xəstə sayı 44, aktiv xəstələrin sayı isə 590 nəfərdir.