Özbəkistanda koronavirusa yoluxanların sayı 67 nəfər artaraq 457-yə çatıb.
Özbəkistan Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, indiyədək ölkədə bu virusdan 30 nəfər sağalıb, 2 nəfər dünyasını dəyişib.
Xatırladırıq ki, hazırda ölkədə stasionar və ev şəraitində karantində 100 mindən çox insan var.