Gürcüstanda son 12 saat ərzində daha 10 nəfər koronavirusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.
Məlumatda bildirilir ki, hazırda Gürcüstanda 252 nəfər koronavirusa yoluxan var. Bundan başqa, koronavirusa xaricdə yoluxmuş daha 3 nəfər ölkəyə gətirilib.
Hazırda Gürcüstanda 4929 nəfər karantində, 405 nəfər stasionar nəzarətdə saxlanılır.
Ölkədə COVID-19 virusuna yoluxmuş 252 nəfərdən 60-ı müalicə olunub, 3 nəfər ölüb.