İranda 320 nəfər həbs edildi


İranda sosial mediada koronavirusun yayılması ilə bağlı yalan ifadələr işlətdiyi iddia edilən 320 nəfər həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "İranlı İşçilər" agentliyinə açıqlamasında İran Polis Xidməti komandiri, general Hüseyn Eşteri bildirib.

Çindən dünyaya yayılan COVID-19 İranda ilk dəfə 19 fevralda Qum şəhərində qeydə alınmışdı.

Bu ölkədə koronavirusdan indiyədək 6 min 589 nəfər ölüb, 106 min 220 nəfər isə virusa yoluxub.