“Azad Gürcüstan” partiyası ictimai nəqliyyatın bərpa olunması tələbi ilə sabah 27 may tarixində aksiya keçirməyi planlaşdırır.
24News.ge xəbər verir ki, 27 may saat 13:00-da, "Azad Gürcüstan" partiyası Tbilisinin Azadlıq metrostansiyası ərazisində aksiya keçirəcəyini elan edib. Aksiya təşkilatçıları, Gürcüstan vətəndaşlarını, Qeyri Hökumət Təşkilatlarını və siyasi təşkilatları aksiyaya qoşulmağa çağırıb:
“27 may, saat 13:00-da "Azad Gürcüstan" partiyası ictimai nəqliyyatın bərpası tələbi ilə Tbilisinin Azadlıq metrostansiyası ərazisində aksiya keçirəcək. "Azad Gürcüstan" partiyası düşünür ki, fövqəladə halın bitməsi və bir çox müəssisələr üçün işləmə haqqı verilməs ilə yanaşı, ictimai nəqliyyatın bərpa olunmaması əhali üçün bir sıra problemlərin yaranmasına səbəb olub. Gürcüstan vətəndaşlarını, Qeyri Hökumət Təşkilatlarını və siayasi təşkilatları aksiyamıza qoşulmağa çağırırıq” - deyə partiyanın bəyənatında qeyd olunub.