Türkiyənin yeni növ koronavirus pandemiyasından sonrakı dövrə keçid planı bəlli olub.
COVID-19-la uğurlu mübarizə aparan Türkiyədə sosial məsafə qaydalarına uyğun qadağaların yumşaldılması və ümumiyyətlə normallaşma mərhələli şəkildə həyata keçirilir. Artıq ölkə pandemiyadan sonrakı dövrə addım atır.
Plana əsasən, mayın 28-dən etibarən Türkiyənin dəmir yolu və sürətli qatar sistemi fəaliyyətini bərpa edəcək. Hava nəqliyyatında isə iyunun dördündən etibarən daxili, 10-dan isə xarici reyslərin həyata keçirilməsi gözlənilir.
Mayın 29-da məscidlər ibadətə açılır. Mayın 31-dən hərbi qulluqçuların orduya çağırılması, iyunun 5-dən isə tərxis olunması işlərinə başlanacaq.
Ölkənin təlim-tədris sistemi isə iyun ayından etibarən fəaliyyətini bərpa edəcək. Əhali arasında çox gözlənilən toy və bunun kimi digər şənliklərin keçirilməsinə isə iyulun 10-dan sonra icazə veriləcəyi gözlənilir. (azərtac)