Bu gün İŞİD-lə mübarizə Qlobal Koalisiyasının Xarici İşlər nazirlərinin videokonfransı keçiriləcək.
APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, videokonfrans Dövlət katibi Mayk Pompeo və İtaliyanın Xarici İşlər naziri Luiqi Di Mayonun həmsədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, İŞİD-lə mübarizə Qlobal Koalisiyası 2014-cü ilin sentyabrında yaradılıb. Koalisiyada 82 ölkə və beynəlxalq təşkilat təmsil olunur.