Pentaqon 5G texnologiyasını yenidən sınaqdan keçirəcək


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Nellis aviabazasında beşinci nəsil mobil şəbəkə layihəsinə start verib.

Ted.az bildirir ki, Amerika hərbçilərinin fikrincə, sistemin Nellis bazasında istifadəyə verilməsi, üç mərhələli sınaqdan sonra, 2021-ci ilin yanvarına planlaşdırılır.

Pentaqon 5G texnologiyasının ABŞ-ın hərbi və iqtisadi üstünlüyünü qorumaq üçün vacib olduğunu qeyd edib.

Xatırladaq ki, Nellis aviabazası beşinci nəsil rabitə prototipinin yerləşdiriləcəyi və sınaqdan keçiriləcəyi sayca beşinci baza olacaq.