Qazaxıstan Baş Prokurorluğu vətəndaşları sabaha təyin edilmiş mitinqə getməməyə çağırıb.
Bu barədə “Sputnik” xəbər yayıb.
Bildirilir ki, ölkə hələ də karantindədir, buna görə, hər hansı kütləvi tədbir, o cümlədən mitinqlər qadağandır.
“Mitinqlər haqqında” yeni qanun sabah - iyunun 6-da qüvvəyə minəcək. Həmin sənədə əsasən, bundan sonra mitinqlərin keçirilməsi üçün icazə almaq tələb edilmir. Artıq təşkilatçıların planlaşdırılan tədbir barədə beş iş günü əvvəl icra hakimiyyəti orqanına xəbər verməsi kifayətdir. Əgər dövlət orqanı üç iş günü ərzində əsaslandırılmış cavab verməsə, mitinqi keçirməmək üçün əsas yoxdur.