Ərdoğan koronavirus planını açıqladı: "Yeni ildə heç COVID-dan danışmayacağıq"


 Küçəyə çıxmaq məhdudiyyəti olan 65 yaşdan yuxarı insanların gözü Türkiyənin Elm Şurasının yığıncağında idi. Gözlənilən xəbər gəlmədi. Ancaq evdə  daralan 65 yaşdan yuxarı insanların bir az da nəfəs almaları üçün aralıq formulası planlaşdırıldı.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan, partiyasının Mərkəz İcra təşkilatı (MYK) yığıncağında "Böyüklərimiz bizim üçün çox qiymətlidir. Virusun onlara yoluxması riski yüksəkdir. O səbəblə risk qrupundakı vətəndaşlarımıza xüsusi qayğı göstəririk" deyib.

65 yaşdan yuxarı vətəndaşların evdə qalmasının əhəmiyyətini vurğulayan Ərdoğan, onlar üçün hazırlanan yeni paketi izah edib.
65 yaş üstü vətəndaşların küçə icazəsinin 2 günə çıxarılması, iyun ayının ortasında da məhdudlaşdırmanın tamamilə qaldırılması planlaşdırılır. Küçəyə çıxma məhdudlaşdırmasının 1 iyula qədər uzadılmaması hədəflənir.



Küçəyə çıxma icazəsinin bir gün həftə içi olmasıyla 65 yaşdan yuxarı vətəndaşlar həm bank, faktura yatırtma kimi işlərini edəcək, həm də normallaşma müddətinə pilləli addım atacaq. Əgər 65 yaşdan yuxarı vətəndaşlarla bağlı yoluxma artımı olmasa, qadağa tamamilə qaldırılacaq.

Ərdoğan yığıncaqda Türkiyənin pandemiya müddətini müvəffəqiyyətlə icra etdiyi, havaların düzəlməsiylə virusun təsirinin azaldığını söyləyib: "Normallaşma müddətini də müvəffəqiyyətli şəkildə icra edirik. Türkiyə dünyaya hər mövzuda nümunə olacaq bir ölkədir. Küçə məhdudlaşdırmasını bitirdik, səyahət qadağanını sonlandırdıq. Yeni paketlər açıqladıq. Turizmdə də gözləntilərimiz yüksəkdir.  Elm Qurulunun işləri və hadisə nəticələri də göstərir ki, sanki yeni ildə heç COVID-dan danışmayacağıq".

Turan