Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı artaraq 1931 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 89 min 412 nəfər müayinə olunub.
Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 855 nəfərdən analiz götürülüb.
Ölkədə COVID-19-dan 69 ölüm faktı qeydə alınıb. Sağalanların sayı isə rəsmi rəqəmlərə əsasən 1293 nəfər təşkil edib.
Estoniyada virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.