Ukraynada koronavirusa yoluxanların sayı 27 minə çatır


Ukraynada son sutkada koronavirusa 485 yoluxma faktı qeydə alınıb, 11 nəfər ölüb, 242-si isə sağalıb.

AZƏRTAC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 26 min 999 nəfərə çatıb. Bu virusdan ölənlərin sayı 788-dir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 12 min 54-ü müalicə olunaraq evə buraxılıb.

Qeyd edək ki, ölkədə iyunun 22-dək karantin rejimi elan olunub. Mayın 11-dən isə karantin rejiminin yumşaldılması tədbirləri həyata keçirilir.