ABŞ Prezidenti Donald Tramp sələfi Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.
Birləşmiş Ştatlar prezidenti bu barədə “CBN News” telekanalına müsahibəsində bildirib.
D.Tramp deyib ki, B.Obama və ətrafı 2016-cı ildə keçirilən seçkilərdə onun apardığı kampaniyaya qarşı casusluq edib, telefon danışıqlarını dinləyiblər.
Qeyd edək ki, D.Tramp 2019-cu ildə də oxşar açıqlama ilə çıxış etmişdi. Ağ Evin rəhbəri ötən il ABŞ kəşfiyyatı tərəfindən izlənildiyini söyləmişdi.