Türkiyənin Karabük vilayətinin ən böyük yaşayış yeri olan Cumayanı bölgəsi pandemiya dövrü ərzində ikinci dəfə karantinə alınıb.
AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxma hallarının yenidən artması səbəbindən bölgəyə giriş-çıxışlar qadağan olunub.
Ümumi əhali sayı beş min nəfər olan bölgədə mindən çox yoluxma faktı qeydə alınıb. Ölkədə yumşalma tədbirlərinin başladığı son bir ay ərzində bu bölgədə COVID-19-a yoluxanların sayının dəfələrlə artdığı müşahidə olunub.
Xatırladaq ki, bu həftəsonu Türkiyə ərazisində növbəti dəfə komendant saatının elan ediləcəyi gözlənilir.