Telegram”ın milyonlarla istifadəçisinin məlumatları ələ keçdi


“Telegram”ın bir neçə milyon istifadəçisinin məlumatları şəbəkəyə sızıb.

Bu barədə “Kod Durova” səhifəsində xəbər verilib.

Təxminən 900 MB-lıq baza “darknet” forumlarının birində görüntülənib. Bu, istifadəçi adı və telefon nömrələrini öyrənməyə imkan verir.

Hal-hazırda məlumatları ələ keçən istifadəçilərin dəqiq sayı məlum deyil.